S T A R K

Xoş gəlmisiz

  • İT servis xidməti Zəif-axın xidmətləri Dəstək xidməti İsti satış xidmətləri İT servis xidməti Zəif-axın xidmətləri Dəstək xidməti İsti satış xidmətləri

Sual:

          • Şirkət olaraq iş prinsipiniz, fəaliyyət istiqamətiniz barədə məlumat verə bilərsinizmi?

Cavab:

          • Bir pəncərədən asan xidmət prinsipini tətbiq edərək elektron texnalogiya, proqram təminatı, yanğından və kənar müdaxilələrdən mühafizə sahəsində sistemlərin quraşdırılması, həmçinin göstərilən sahələrdə mövcud olan bütün müasir avadanlıqların satışının həyata keçirilməsi istiqamətində fəaliyyət göstərərək bizim şirkət vasitəsi ilə Sizə vaxtınızı biznesinizə və şəxsi həyatınıza ayırmağa yardımçı oluruq.

Sual:

          • Yeni yaradılmış şirkətimiz üçün kompyuter, printer, noutbuk, monoblok satışını və həmin avadanlıqların proqram təminatı həyata keçirə bilərsiz?

Cavab:

          • Bəli, bizdə bütün növ kompyuter, printer, noutbuk, monoblok və digər avadanlıqların satışı və proqram təminatı mövcuddur.

Sual:

          • Bəs şirkətimizə lazım olan müşahidə kameraları sistemlərinin, üz və ya barmaq izi tanıma sistemlərinin, giriş üçün nəzərdə tutulmuş metalaxtaran cihazların satışını və proqram təminatını, həmçinin quraşdırılmasını həyata keçirirsiz?

Cavab:

          • Bəli, istənilən növ kamera sistemlərinin, metalaxtaran cihazların satışını, proqram təminatını və quraşdırılmasını həyata keçiririk.

Sual:

          • Çox gözəl. Bəs bu məhsulları sizdən aldıqdan sonra şirkətimizə daimi olaraq proqram təminatı və texniki dəstək göstərilməsi üçün kimə müraciət edə bilərik?

Cavab:

          • Həmin məhsulları Sizə təqdim etdikdən və quraşdırdıqdan sonra şirkətinizə proqram təminatı (Sistem və şəbəkə administratoru xidməti) və texniki dəstək (Help Desk xidməti) göstərərək daima yanınızda oluruq.

Sual:

          • Maraqlıdır, əgər şirkətimizə və mənim şəxsi evimə kənar müdaxilələrdən, oğurluqdan mühafizə sistemlərinin alınması və quraşdırılması lazım olarsa?

Cavab:

          • Artıq bizdə istər şirkətlərə, istərsə də, evlərə, obyektlərə mühafizə sistemlərinin satışı, quraşdırılması, proqramlaşdırılması və daimi olaraq nəzarətdə saxlanılması üçün ayrıca şöbə fəaliyyət göstərir ki, bu sahədə də, sizin bütün maraqlarınızı təmin etməyi bacarırıq.

Sual:

          • Təsadüfən Sizdə yanğından mühafizə sistemlərinin satışı və quraşdırılması yoxdur ki? Olsaydı əla olardı, mən artıq vaxtımı texniki problemlərə deyil, biznesimin inkişafına və şəxsi həyatımın çiçəklənməsinə yönəldərdim. Çünki artıq bir problemin həlli üçün müxtəlif şirkətlər və mütəxəssislər axtarmaqdan yorulmuşam.

Cavab:

          • Yenə də Sizi təəccübləndirməkdə davam edəcəyik. Çünki, bizdə yanğından mühafizə sistemlərinin satışı və quraşdırılması şöbəsi də fəaliyyət göstərir. Bu sahədə istər şirkətinizi, istər şəxsi evinizi, istənilən obyektinizi yanğından mühafizə sistemləri ilə təmin edə bilərik.

Sual:

          • Bəs bizə Sizin fəaliyyət sahəsinə aid olan, lakin şirkətinizdə olmayan (məsələn mürəkkəb proqram təminatı və s. ) hər hansı bir xidmət və ya avadanlıq lazım olduqda hər hansı bir köməklik göstərə bilərsiz?

Cavab:

          • Bizim fəaliyyət sahəsinə aid olan, lakin bizdə olmayan hər hansı bir xidmət və ya avadanlıq Sizə lazım olarsa biz bunu sizə heç bir çətinlik çəkdirmədən qarşılıqlı iş prinsipi əsasında digər şirkətlər vasitəsi ilə təmin edirik, keyfiyyətinə isə özümüz Sizə zəmanət veririk.

Sual:

          • Bu qədər fəaliyyətinizin hansısa qanuni əsasları mövcuddur?

Cavab:

          • Bəli, bizim bütün fəaliyyətimiz Azərbaycan Respublikasının qanunları, lisenziyalar və beynəlxalq sertifikatlara əsaslanır. \

 

Müştərinin gəldiyi nəticə:

          • Nəhayət ki, şirkətimin, şəxsi evimin və digər obyektlərimin elektron avadanlıqlarını, elektron, yanğın və ictimai təhlükəsizliyini, proqram təminatını bir zənglə həvalə edə biləcəyim vahid şirkət tapdım.

Bizim nömrə

+994 51 233 96 69

E-poçt

info@stark.az

Ünvan

Aşıq Molla Cümə 42B

Dəstəyə ehtiyacınız var?

Formanı doldurun, suallarınızı cavablandıraq

    Ad Soyad*
    E-poçt*
    Mesaj*