S T A R K

Xoş gəlmisiz

  • İT servis xidməti Zəif-axın xidmətləri Support xidmətləri İsti satış xidmətləri İT servis xidməti Zəif-axın xidmətləri Support xidmətləri İsti satış xidmətləri İT servis xidməti Zəif-axın xidmətləri Support xidmətləri İsti satış xidmətləri

      1.Kadrlar şöbəsi

Peşəkar işçi heyətinin formalaşdırılması, o cümlədən kadrların seçilməsi, işə qəbulu, uçotu, vəzifəyə təyin edilməsi, işdən xaric edilməsi işinin təşkili funksiyalarını həyata keçirən qrumdur.

      2.Maliyyə şöbəsi

“Stark Technology” MMC-in hissə və şöbələrinin maliyyələşməsi, büdcə və büdcədənkənar göstəricilərin proqnozlaşdırılması, əmək haqqı və ödənişlərin müəyyən olunması, mühasibat uçotu, uçotun metodiki təşkili və hesabatı, nəzarət-təftiş işini təşkil edən qurumdur.

      3.Satış şöbəsi

– Müəssisənin satış fəaliyyətini, müəssisəsnin mənfəətinin məbləği və çəkilən xərclərə onun nisbəti səviyyəsini, satışın həcmi və müəssisənin bazar payını, müəssisənin məhsullarına istehlakçıların münasibətini və digər zəruri halları müəyyən edir. 

      4.Proqram təminatı şöbəsi

Kompyuter siniflərininin, sistem və tətbiqi proqram təminatlarının, texniki avadan­lıqların (sistemlərin) və internet şəbəkəsinin fasiləsiz işlək vəziyyətdə olmasını təmin edən, yeni proqram təminatlarının hazırlanmasında və tətbiqində iştirak edən və müştərilərin bu sahədə maarifləndirən və onlara metodiki kömək göstərən stru­k­tur bölmədir.

      5.Zəif-axın sistemlərinin quraşdırılması və texniki dəstək şöbəsi

Bütün növ FO, Data, Telefon və CCTV, İnformasiya Texnologiyaları işlərinin layihələndirilməsi, quraşdırılması və sistemin test sınaq işlərinin icra olunmasını təşkil edir.  

 

      6.Hüquq şöbəsi

Hüquq Şöbəsinin məqsədi “Stark Technology” MMC  şirkətində qanunların gözlənilməsini və onun hüquqi maraqlarının qorunmasını təmin etməkdir. Bundan başqa, Hüquq şöbəsi qanunun tələblərinə uyğun olaraq “Stark Technology” MMC şirkətdə hazırlanan müqavilə və layihələri nəzərdən keçirir, zəruri hallarda onların hazırlanmasında iştirak edir.

 

      7.Daxili nəzarət şöbəsi

“Stark Technology” MMC-in fəaliyyətinə idarədaxili nəzarət edilməsi, o cümlədən şöbə və hissələrdə daxili nizam-intizam, işə davamiyyət vəziyyətinin, müştərilərlə ünsiyyət səviyyəsinin öyrənilməsi və nəzarətdə saxlanılması, şirkətin nüfuzuna xələl gətirən əməllərə yol verən əməkdaşların müəyyən edilib barələrində müvafiq tədbirlərin görülməsinin təmin olunmasını həyata keçirən qurumdur.

      8.Təchizat şöbəsi

“Stark Technology” MMC-in xüsusi texnika və vasitələrlə, digər maddi-texniki ehtiyatlarla təmin edilməsini həyata keçirən qurumdur.

      9.Katiblik şöbəsi

“Stark Technology” MMC-də sənədlərlə işin və elektron kargüzarlığın təşkilini həyata keçirən qurumdur.

      10.Təlim-tədris şöbəsi

Şəxsi heyyətin peşə keyfiyyətinin və bacarığının yüksəldilməsi, yiyələndikləri nəzəri biliklərin təcrübədə tətbiq edilməsinin onlara aşlanması, xüsusən  xüsusi təlim kurslarının keçirilməsi və şəxsi heyyətin beynəlxalq standartlara uyğun sertifikatlarla təmin edilməsi işinin təşkilini həyata keçirən qrumdur.

Tərəfdaşlarımız