Kibertəhlükəsizlik aşağıdakı alt sahələrdən ibarətdir:
– Şəbəkə təhlükəsizliyi kompüter şəbəkəsini hədəflənmiş pisniyyətli və ya fürsətçi zərərli proqramlar tərəfindən təcavüzkarlardan qorumaq təcrübəsidir. Effektiv şəbəkə təhlükəsizliyi müəssisə aktivlərini çoxsaylı xarici və daxili təhlükələrdən qorumağa kömək edir.
-Tətbiq təhlükəsizliyi əsasən proqram təminatının və cihazların təhlükələrdən qorunmasına diqqət yetirir. Təhlükəli proqram onu qorumaq üçün hazırlanmış məlumatlara giriş əldə edə bilər. Tətbiq resurslarına icazəsiz giriş və ya modifikasiya imkanlarını minimuma endirmək üçün təhlükəsiz proqram arxitekturasının layihələndirilməsi, təhlükəsiz kodunun yazılması, güclü məlumat daxiletməsinin yoxlanılması, təhlükənin modelləşdirilməsi və s. daxildir. Uğurlu təhlükəsizlik proqram və ya cihaz yerləşdirilməzdən əvvəl dizayn mərhələsində başlayır.