Data analizi nədir?
Bu gün Data Analizi olduqca mürəkkəb sahə olaraq qəbul edilir ki, bütün bunlar önyarqıdan başqa bir şey deyildir. Prosesi addımlara bölərək real Data Analizinin necə olduğu ilə yaxından tanış olaq.
Data analizi faydalı məlumatları tapmaq, nəticə çıxarmaq və qərarların qəbul edilməsi üçün məlumatları tədqiq etmək, təmizləmək, dəyişmək və modelləşdirmək üçün istifadə olunan bir prosesdir. Data analizi müxtəlif biznes, elm və sosial elm sahələrində fərqli adlar altında müxtəlif üsulları əhatə edən bir çox yanaşmalara malikdir.
Data inteqrasiyası məlumatların təhlilində qabaqcıl rol oynayır. Data analizi, data vizuallaşdırılması və data paylanması ilə yaxından bağlıdır. Data analizi termini bəzən data modelləşdirilməsi ilə eyni mənalı termin olaraq istifadə olunur.