Google, ilk dəfə keçən il təqdim etdiyi və üzünüzü mouse-yə çevirdiyi “Project Gameface” texnologiyasını Android-ə gətirir. Həmçinin tərtibatçılar da bu texnologiyanı ehtiva edən tətbiqləri hazırlaya biləcəklər.

     Google keçən ilki I/O tədbirində “Project Gameface” adlı tenologiyanı təqdim etmişdi. Stolüstü qurğular üçün təqdim edilən bu sistem, üzünüzlə mouse kursorunu idarə etməyə imkan verirdi. Bu ilki I/O tədbirində isə “Project Gameface”in Android-ə gələcəyi açıqlandı. Dünən gecəki tədbirdə Google, Project Gameface-in Android tərtibatçıları üçün açıq mənbəyə çevriləcəyini açıqladı. Bu o deməkdir ki, Project Gameface, proqramlara inteqrasiya oluna bilər və istifadəçilər tezliklə onu heç bir əlaqə olmadan yalnız üzləri ilə idarə edə biləcəklər.
     Project Gameface, bu funksiyanı təmin etmək üçün cihazın kamerasından və MediaPipe-ın ​​Face Landmarks Detection API-dən gələn və üz ifadələrindən ibarət bir məlumatlar bazasından istifadə edir. Üz və baş hərəkətləri aşkar edildikdən sonra kursor hərəkətlərinə çevrilir və üz ilə idarə imkanı təqdim edilir. Gameface layihəsi əvvəlcə oyunçular üçün əlçatanlıq xüsusiyyəti kimi təqdim edildi, lakin bu, məhdud hərəkətliliyi olan insanlara da kömək edə bilər.
     Keçən il Google, bu texnologiyanın üzdəki 468 nöqtəni aşkarlaya biləcəyini və hər üz ifadəsinə fərqli hərəkətlərin təyin edilə biləcəyini bildirmişdi. Məsələn, sağ klik üçün gülmək və ya sol klik üçün göz qırpmaq kimi hərəkətlər müəyyən edilə bilər. Gələcəkdə Android tərtibatçıları bunların smartfonlardakı tətbiqlərə gəlməsini təmin edə biləcəklər.